reklam
» » Azərbaycanın daha bir idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı

reklam

Azərbaycanın daha bir idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı



Daha bir idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Oxu.Az xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya Kubokunda parapauerlifting idman növü üzrə milli komandamızın üzvü, 49 kq çəki dərəcəsində iştirak edən Pərvin Məmmədov 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb.

Dubayda keçirilən Dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Pərvin Məmmədov bununla da Azərbaycanın Paralimpiya Oyunlarına 19-cu lisenziyasını qazanıb.

Qeyd edək ki, bu günədək Milli Paralimpiya Komitəsinin idmançılarından 8-i atletika, 4-ü taekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündən Paralimpiadaya vəsiqə əldə edib.


Paylaş:


Müəllif : Tarix:
19-06-2021, 15:39
  


loading...
Загрузка...