reklam
» » Azərbaycan gimnastları Avropa çempionatında finala çıxıb

reklam

Azərbaycan gimnastları Avropa çempionatında finala çıxıb



Azərbaycanlı gimnastlar Hüseyn Abbasov və Maqsud Maqsudov Rusiyanın Soçi şəhərində keçirilən tamblinq üzrə Avropa çempionatında finala çıxıb.

Regionxeberleri.com Trend-ə istinadən bildirir ki, gimnastlar yarışların üçüncü günündə gənclər arasında batut üzərində sinxron hərəkətlərdə çıxış edib.

Onlar 87,62 xal toplayaraq təsnifat mərhələsində birinci yer tutub.

Qeyd edək ki, tamblinq üzrə Avropa çempionatı Soçidə aprelin 29-dan mayın 2-dək keçirilir. Yarışda 23 ölkədən idmançılar iştirak edir.


Paylaş:


Müəllif : Tarix:
1-05-2021, 16:31
  


loading...
Загрузка...