reklam
» » Azərbaycanlı hakim Yunanıstanda 7 sarı vərəqə göstərdi

reklam

Azərbaycanlı hakim Yunanıstanda 7 sarı vərəqə göstərdi


Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun oyununu idarə edib.

O, 2-ci turda “Panatinaikos” - PAOK matçında baş hakim olub. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Görüş Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirilib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Ağayev ev sahiblərinin 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu nəticədən sonra "Panatinaikos" 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür.


Paylaş:


Müəllif : Tarix:
5-04-2021, 14:06
  


loading...
Загрузка...