Azarkeş futbolçu oynasın deyə kluba pul ödədi, əvəzində həmin oyunçu qovuldu

Braziliyanın “İnternasional” klubunun oyunçusu Rodiney azarkeşlərdən birinin 153 min avroluq ödənişi sayəsində onu icərəyə vermiş “Flamenqo”ya qarşı görüşdə meydana çıxıb.
Bu barədə “Goal” portalı məlumat yayıb.
Məlumata görə, 2020-ci ilin yanvarında “İnternasional” braziliyalı futbolçunu məhz “Flamenqo” klubundan icarəyə götürüb. Müqaviləyə əsasən Rodiney öz keçmiş klubuna qarşı oyunda iştirak edəcəyi təqdirdə qarşı tərəf “Flamenqo”ya 153 min avro əlavə pul ödəməlidir. “İnternasional” bu məbləği ödəməkdən imtina edərək, futbolçunun matçda meydana çıxmayacağını bildirib. Lakin bu zaman klubun azarkeşlərindən biri işə qarışaraq lazımi məbləği ödəyib və Rodineyin öz keçmiş klubuna qarşı oyunda iştirakını təmin edib.
Qeyd edək ki, hazırda Braziliya çempionatında liderlik yarışı məhz bu iki klub arasında gedir. Bazar günü oynanılan qarşılaşmada “Flamenqo” 2:1 hesabı ilə üstün olub. Rodiney 49-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb və komandasının turnir cədvəlində liderliyini itirməsində pay sahibi olub.
Hazırda ölkə çempionatına 71 xalla “Flamenqo” başçılıq edir. 69 xalı olan “İnternasional” isə ikinci pillədədir.
Rodineyə gəlincə, 29 yaşlı müdafiəçi “Flamenqo”nun heyətində 2018/2019-cu illər mövsümünün Libertadores kubokunun qalibi olub. “İnternasional”ın tərkibində icarədə keçirdiyi cari mövsümdə o, 25 oyunda iştirak edib, bir qol və iki məhsuldar ötürmə edib, həmçinin beş sarı və bir qırmızı vərəqə alıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2021, 09:34
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-02-2021, 09:34
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:43
Bu gün, 09:50
Bu gün, 09:42
Dünən, 20:40
Dünən, 19:24
Dünən, 19:19
Dünən, 13:17
Dünən, 12:08
Dünən, 11:06
Dünən, 09:42
Dünən, 09:41
26-02-2021, 21:28
26-02-2021, 20:25
26-02-2021, 17:46

Avtoxuliqanlıq edib, sosial şəbəkədə görüntülərini paylaşan avtobus sürücüsü həbs edildi - FOTO/VİDEO

ABŞ PUTİNDƏN SONRAKI DÖVRÜ NECƏ PLANLAŞDIRMALIDIR? – “Putinin qorxusu şəxsi xarakter daşıyır”

"RAMİZ MEHDİYEVDƏN DÖVLƏTİMİZ HƏMİŞƏ XƏYANƏT GÖRÜB..." - "37-ci il repressiyasını başqa formada tətbiq edib"

"ERMƏNİSTAN GİZLİ ŞƏKİLDƏ HƏRBİÇİLƏRİNİ ƏRAZİMİZƏ YERLƏŞDİRİR!" - Azərbaycan XİN-dən sensasiyalı bəyanat

"SABAH RAMİZ MEHDİYEV HANSI PROSESLƏRƏ START VERƏCƏK?..." - "Nəcməddin Sadıkovun haradan hansı qiyafədə peyda olub..."

“QARABAĞDA RAZILAŞMA POZULUR VƏ GÖRÜNÜR Kİ...” – “Silahlı qruplaşmalar tərksilah olunmalı...”

NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...

Azərbaycanda nə qədər elektrik enerjisi istehsal olunub? – Nazirlik və Komitə fərqli rəqəmlər deyir...

ŞİRKƏT FIRILDAQÇI ÇIXIB, MİDA MƏSULİYYƏTDƏN BOYUN QAÇIRIR - Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir

Alqış Musayevdən Ramiz Mehdiyev haqda ŞOK açıqlamalar - “O adamdan dövlətimiz həmişə pislik, xəyanət görüb”

Rusiya şirkəti Kəlbəcər qızılını qeydiyyatdan yayındırıb... - Böyük Britaniya şirkəti talan mexanizmini açdı

"Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir" - MN

"AZƏRBAYCANA TƏHLÜKƏ YASRANARSA, TÜRKİYƏ BİZƏ ARXA DURACAQ!" - "İmzalanan anlaşmalar arasında qarşılıqlı hərbi yardım da təsbit edilib"