reklam
» » Millimizdən bıabırçı məğlubiyyət - 0:13

reklam

Millimizdən bıabırçı məğlubiyyət - 0:13



Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

D qrupunda yer alan yığmamız 7-ci matçında İspaniya ilə qarşılaşıb.

“ASK Arena”da baş tutacaq görüşdə Siyasət Əsgərovun yetirmələri 4 aylıq fasilədən sonra meydana çıxıblar. Oyun komandamız üçün biabırçı nəticə ilə yekunlaşıb. İlk hissədə 6 qol vuran rəqib ikinci 45 dəqiqədə daha 7 qol vuraraq, 13:0 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yenə də xal qazanmaq arzusunu ən azı növbəti turadək gözləyəcək.

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə yığmamız 0:4 hesabı ilə məğlub olub. Millimiz qrupda növbəti oyununu fevralın 23-də “ASK Arena”da Moldovaya qarşı keçirəcək.

Avropa çempionatı

Seçmə mərhələ, D qrupu

18 fevral

20:00. Azərbaycan - İspaniya - 0:13

Qollar: Ester Rodriqes, 21, 24, 30, 31, 87, Cenifer Hermoso, 33, 43, 67, 82, 90+3, Mariona Kaldenti, 57, Eva Navarro, 75, Nerea Lasa, 84

Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (hamısı İtaliya)

Bakı. “ASK Arena” /Apasport.az


Paylaş:


Müəllif : Tarix:
18-02-2021, 22:38
  


loading...
Загрузка...