reklam
» » "Fənərbağça" "Beşiktaş" qarşılaşmasında "qol yağışı"

reklam

"Fənərbağça" "Beşiktaş" qarşılaşmasında "qol yağışı"


Türkiyə Super Liqasında X turun mərkəzi görüşü "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçirilib. "Report"un məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş İstanbul derbisi qonaqların qələbəsi ilə yekunlaşıb - 4:3.

İlk 2 qolu "Beşiktaş"ın futbolçusu Vensan Abubakar 4-cü və 20-ci dəqiqələrdə vurub. 34-cü dəqiqədə Papiss Sisse fərqi azaldıb. 50-ci dəqiqədə "qara qartallar" Kayl Larinin qırmızı vərəqə alması səbəbindən azlıqda qalıblar. Buna baxmayaraq, 53-cü dəqiqədə Necip Uysal komandasının üçüncü qoluna imza atıb. 68-ci dəqiqədə Ozan Tufan yenə topların nisbətini minimallaşdırıb. 88-ci dəqiqədə Fabris NSakalya "qara qartallar"ın 4-cü qolunu vurub. 90+7-ci dəqiqədə isə Tufan penalti ilə yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, "Fənərbağça" 15 ildən sonra öz meydanında "Beşiktaş"a uduzub və bu dəfə də eyni hesab qeydə alınıb.

Hazırda 10 oyundan 20 xala malik "sarı-lacivərdlilər" 3-cü, 9 görüşə 16 xal yığan "ağ-qaralar" 4-cü pillədə yer alıb.



Paylaş:


Müəllif : Tarix:
30-11-2020, 08:15
  


loading...
Загрузка...