reklam
» » Həbib Nurməhəmmədov Castin Qetjini məğlub etdi

reklam

Həbib Nurməhəmmədov Castin Qetjini məğlub etdi


MMA üzrə UFC-254 turniri başa çatıb.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.

Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində baş tutub. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjini ilə qarşılaşıb. Nurməhəmmədov 2-ci raundun 2-ci dəqiqəsində boğucu fəndlə rəqibi təslim olmağa vadar edib. Rusiyalı bununla UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb. Ümumilikdə 22 qələbə və 2 məğlubiyyəti olan Castin UFC-də 7 döyüşdən beşində qalib gəlibsə, digərlərində uduzub.


Paylaş:


Müəllif : Tarix:
25-10-2020, 09:43
  


loading...
Загрузка...