reklam
» » Yaponiya noyabrda təxirə salınan olimpiadaların bilet pulunu qaytara bilər

reklam

Yaponiya noyabrda təxirə salınan olimpiadaların bilet pulunu qaytara bilər



Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi keçirilməsi 2021-ci ilə qədər təxirə salınmış yarışlar üçün alınan biletlərin pulunun geri qaytarılması prosesinə noyabr ayında başlamaq niyyətindədir.

Bu barədə NHK telekanalı məlumat verib.

Olimpiya Oyunları üçün geri ödəmələrin 10 noyabrdan başlayaraq 20 gün ərzində həyata keçirilməsi planlaşdırılır.

Paralimpiya oyunlarının bilet pullarının geri qaytarılması prosesi dekabrda olacaq.

Bildirilir ki, Tokyo Olimpiya Oyunlarına təxminən 4,4 milyon, Paralimpiya Oyunlarına təxminən 97 min bilet satılıb və yarışlar təxirə salındıqdan sonra onların etibarlılığı 2021-ci ilə qədər uzadılıb.

Tokio Olimpiadaları 2020-ci ilin 24 iyul-9 avqust tarixlərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən müsabiqə bir il- 2021-ci il 23 iyul - 8 avqust tarixlərinə təxirə salınıb. Eyni zamanda, oyunlarının adı - “Tokyo 2020” qorunub saxlanılıb.



Paylaş:


Müəllif : Tarix:
24-10-2020, 13:36
  


loading...
Загрузка...