reklam
» » Millimizin futbolçusu koronavirusa yoluxdu

reklam

Millimizin futbolçusu koronavirusa yoluxdu


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Fərid Nəbiyev millinin toplanışında iştirak edə bilməyəcək.

AFFA-nın saytı xəbər verir ki, Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən futbolçu bu gün Slovakiyada milli komandaya qoşulmalı idi.

Lakin klubun düşərgəsində Covid-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.

Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.


Paylaş:


Müəllif : Tarix:
6-10-2020, 16:17
  


loading...
Загрузка...