reklam
» » Sabah Çempionlar Liqasının püşkü atılacaq

reklam

Sabah Çempionlar Liqasının püşkü atılacaq


Sabah Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Regionxeberleri.com bildirir ki, Apasport.az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Püşkatma zamanı qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda 8 qrupa bölünəcək.

Azərbaycan çempionu “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirdiyindən püşkatmada təmsilçimiz olmayacaq. Qonşu Türkiyənin Çempionlar Liqasında çıxışına davam etdirən yeganə klubu “Başakşəhər”in qrupda rəqibləri bilinəcək.

Püşk öncəsi iştirakçılar 4 səbətə bölünəcək. Artıq onlardan ikisinin tərkibi tam bəllidir. Pley-off mərhələsinin üç cütündə cavab görüşləri bu gün baş tutacağından qrupda iştirakı dəqiqləşənlərin sayı 29-dur. Digər 3 yerə iddia edən 6 komandanın taleyinə aydınlıq gətirəcək bugünkü matçlar daha iki komandanın – “Lokomotiv” və “Marsel”in də səbətini müəyyənləşdirəcək.

Çempionlar Liqası
Qrup mərhələsi

I səbət

“Bavariya” (Almaniya)
“Sevilya” (İspaniya)
“Real” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Yuventus” (İtaliya)
PSJ (Fransa)
“Zenit” (Rusiya)
“Porto” (Portuqaliya)

II səbət

“Barselona” (İspaniya)
“Atletiko” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Borussiya” (Dortmund, Almaniya)
“Çelsi” (İngiltərə)
“Ayaks” (Niderland)

III səbət

ƏTRAFLI
BOSCH Azerbaijan
“Dinamo” (Kiyev, Ukrayna)
“Zalsburq” (Avstriya)*
“Leypsiq” (Almaniya)
“İnter” (İtaliya)
“Olimpiakos” (Yunanıstan)
“Latsio” (İtaliya)
“Krasnidar” (Rusiya)*
“Atalanta” (İtaliya)

III və ya IV səbət

“Lokomotiv” (Rusiya)
“Marsel” (Fransa)

IV səbət

“Brügge” (Belçika)
“Slaviya” (Çexiya)*
“Borussiya” (Mönhenqladbax, Almaniya)
“Başakşəhər” (Türkiyə)
PAOK (Yunanıstan)*
“Makkabi” (Təl-Əviv, İsrail)*
“Midtülland” (Danimarka)*
“Renn” (Fransa)
“Ferensvaroş” (Macarıstan)

Qeyd: “*” işarəsi ilə fərqləndirilən 6 komanda bu gün pley-offda qüvvəsini sınayacaq və onlardan 3-ü qrup mərhələsinə vəsiqə qazanacaq. Digər üç komanda Avropa Liqasına yuvarlanacaq.

Artıq qrup mərhələsinin oyun günləri də bəllidir. 6 turun matçları üç ay ərzində keçiriləcək.

I tur – 20/21 oktyabr
II tur – 27/28 oktyabr
III tur – 3/4 noyabr
IV tur – 24/25 noyabr
V tur – 1/2 dekabr
VI tur – 8/9 dekabr

Püşkatma mərasimində 2019/20 mövsümünün ən yaxşıları müəyyənləşəcək. UEFA 12 müxtəlif nominasiyada qaliblərin adlarını elan edəcək.

İlin ən yaxşı kişi futbolçusu açıqlanacaq. Bu ada Manuel Noyer, Robert Levandovski (hər ikisi “Bavariya”) və Kevin de Breyne (“Mançester Siti”) iddia edir.

İlin ən yaxşı kişi məşqçisi də müəyyənləşəcək. Respondentlər üç alman mütəxəssis arasında seçim edəcək. Bunlar Hans-Diter Flik (“Bavariya”), Yurgen Klopp (“Liverpul”) və Yulian Naqelsmandır (“Leypsiq”).

2019/20 mövsümündə Çempionlar Liqasının ən yaxşı qapıçısı bəlli olacaq. Mükafat Manuel Noyer (“Bavariya”), Keylor Navas (PSJ) və Yan Oblak (“Atletiko”) “üçlüy”ündən birinə nəsib olacaq.

Turnirin ötən mövsüm üçün ən yaxşı müdafiəçisi də püşkatma zamanı müəyyənləşəcək. Bu ada Çempionlar Liqasının qalibi “Bavariya”nın üç üzvü – Coşua Kimmix, David Alaba və Deyvis Alfonso namizəddir.

UEFA yarımmüdafiəçilər arasında ən yaxşını da mükafatlandıracaq. İki “Bavariya”lı Tyaqo Alkantara və Tomas Müllerin rəqibi “Mançester Siti”nin üzvü Kevin de Breynedir.

Ötən mövsümün ən yaxşı hücumçusunu açıqlayacaq UEFA-nın namizədləri iki klubu təmsil edir. Robert Levandovskinin (“Bavariya”) rəqibləri Killian Mbappe və Neymardır (hər ikisi PSJ).

Qadın futbolunu da diqqətdən kənarda qoymayan qitə futbol qurumu onlar üçün də eyni nominasiyaların qaliblərini elan edəcək. İlin ən yaxşı qadın futbolçusu adına Vendi Renar, Lüsi Bronz (hər ikisi “Lion”) və Pernilla Harder (“Volfsburq”), İlin ən yaxşı qadın məşqçisi mükafatına isə Luis Kortes (“Barselona”), Stefan Lerş (“Volfsburq”) və Jan-Lük Vasser (“Lion”) iddia edir. Qadınlar arasında Çempionlar Liqasında 2019/20 mövsümünün ən yaxşılarının açıqlanacağı mərasimdə iddiaçılar aşağıdakılar olacaq:
Qapıçılar: Sara Buhaddi (“Lion”), Kristian Endler (PSJ), Sandra Panos (“Barselona”);
Müdafiəçilər: Lüsi Bronz (“Lion”), Lena Qosslinq (“Volfsburq”), Vendi Renar (“Lion”);
Yarımmüdafiəçilər: Sara Byork Qunnarsdottir (“Lion”/“Volfsburq”), Cenifer Marojan (“Lion”), Aleks Popp (“Volfsburq”);
Hücumçular: Delfin Kaskarino (“Lion”), Pernilla Harder (“Volfsburq”), Vivian Miedema (“Arsenal”).



Paylaş:


Müəllif : Tarix:
30-09-2020, 18:42
  


loading...
Загрузка...