reklam
» » Futbolçusu koronavirusa yoluxan "Atletiko" məşqləri dayandırdı

reklam

Futbolçusu koronavirusa yoluxan "Atletiko" məşqləri dayandırdı


İspaniyanın "Atletiko" komandasında koronavirus aşkarlanıb.

Klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı futbolçu Xose Mariya Ximenesin test nəticəsi müsbət çıxıb. Xəstəliyi yüngül simptonlarla keçirən 25 yaşlı yarımmüdafiəçi dərhal evində karantinə alınıb.

Komanda isə növbəti analizin nəticələri açıqlananadək məşqləri dayandırıb.

Qeyd edək ki, bu, "Atletiko"da infeksiyaya 6-cı yoluxma halıdır. Daha əvvəl Renan Lodi, Anxel Korrea, Şimo Vrsalko, Dieqo Kosta və Luis Arias eyni problemlə üzləşib.


Paylaş:


Müəllif : Tarix:
22-09-2020, 17:10
  


loading...
Загрузка...