reklam
» » Qalmaqallı hücumçu Azərbaycanla vidalaşdı - RƏSMİ

reklam

Qalmaqallı hücumçu Azərbaycanla vidalaşdı - RƏSMİ


Son olaraq "Neftçi" komandasında çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb.

Bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb.

Dabo vida mesajında Azərbaycana təşəkkür edib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını sözlərinə əlavə edib. Dabo Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyib.

Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo qalmaqalları ilə də gündəmə gəlib. Son olaraq, "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
1-07-2020, 09:44
  


loading...
Загрузка...