reklam
» » Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar verildi

reklam

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar verildi


Bu il martın 12-də Bakıda start götürdüyü halda, yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.

"Report"un Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən məlumatına görə, qurumun İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib.

Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi.


Paylaş:


Müəllif : Tarix:
10-04-2020, 10:00
  


loading...
Загрузка...