reklam
» » "OBA market"in qadın satıcısı bıçaqlandı

reklam

"OBA market"in qadın satıcısı bıçaqlandı


Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə fevralın 16-sı saat 08:30 radələrində, Xətai rayonu, General Mehmandarov küçəsi, 39C ünvanında yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gülnar Əliyeva satıcı işlədiyi "OBA market"də aralarında yaranmış məişət mübahisəsi zəminində tanışı, 1987-ci il təvəllüdlü Taleh Məmmədov tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Sabunçu Kliniki Xəstəxanasına yerləşdirilib və cərrahi əməliyyatı olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aprılır.


Paylaş:


Müəllif : Tarix:
17-02-2020, 17:09
  


loading...
Загрузка...