reklam
» » Dünyanın ən dəyərli futbolçuları – Ronaldo üçün şok

reklam

Dünyanın ən dəyərli futbolçuları – Ronaldo üçün şok


“KPMG Football Benchmark” dünyada dəyəri 50 milyon avrodan artıq olan futbolçuların siyahısını hazırlayıb.

Fanat.Az xəbər verir ki, araşdırmalar nəticəsində dünya üzrə 87 futbolçunun 50 milyon avrodan dəyərli olduğu müəyyənləşib.

87 futbolçunun 40-ı İngiltərə Premyer Liqasında oynayır. İspaniya La Liqasında 21, İtaliya A Seriyasında 12 futbolçunun qiyməti 50 milyondan artıqdı.

Amma dünyanın ən dəyərli iki futbolçusu bu 3 liqadan heç birində çıxış etmir. Söhbət PSJ-nin ulduzları Neymar və Kilian Mbappedən gedir. Braziliyalı ulduz 229 milyon avro ilə dünyanın ən bahalı futbolçusu olub. Onun fransalı komanda yoldaşı Mbappenin dəyəri isə 215 milyon avrodu. Fransa Liqa 1-də 50 milyondan baha olan futbolçuların sayı 7-di.

Ən dəyərli futbolçular siyahısında üçüncü pilləni “Barselona”lı Lionel Messi tutur – 203 milyon avro. 4-cü pillədə isə İngiltərə Premyer Liqasının ən dəyərlisi Məhəmməd Salah tutur. Araşdırmalar zamanı bəlli olub ki, “Liverpul”un misirli ulduzunun dəyəri 168 milyon avrodu. “Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo ilk 8 futbolçu arasında yer ala bilməyib.

50 milyondan artıq dəyəri olan ən çox futbolçu “Mançester Siti”də çıxış edir. “Şəhərlilər”in 11 futbolçusu ən bahalılar siyahısındadı. “Barselona”nın 8, “Liverpul”, “Tottenhem” və “Real”ın 7 üzvünün qiyməti 50 milyondan artıqdı.

87 futbolçunun 13-ü Fransa, 11-i Braziliya, 9-u İspaniya vətəndaşıdı.

Ən dəyərli 8 futbolçu

1. Neymar (PSJ) – 229 milyon avro
2. Kilian Mbappe (PSJ) – 215 milyon avro
3. Lionel Messi (Barselona) – 203 milyon avro
4. Məhəmməd Salah (Liverpul) – 168 milyon avro
5. Harri Keyn (Tottenhem) – 151 milyon avro
6. Eden Hazard (Çelsi) – 148 milyon avro
7. Kevin De Bruyne (Mançester Siti) – 129 milyon avro
8. Antonio Qrizmann (Atletiko) – 126 milyon avro

Ən dəyərli futbolçular hansı klublarda çıxış edir?

1. Mançester Siti (İngiltərə) – 11
2. Barselona (İspaniya) – 8
3. Real (İspaniya) – 7
4. Liverpul (İngiltərə) – 7
5. Tottenhem (İngiltərə) – 7
6. Atletiko (İspaniya) – 4
7. Çelsi (İngiltərə) – 4
8. Bavariya (İspaniya) – 4
9. Mançester Yunayted (İngiltərə) 4

Ən dəyərli futbolçular hansı ölkələrdəndi?

1. Fransa- 13
2. Braziliya – 11
3. İspaniya – 9
4. Almaniya – 8
5. Ingiltərə – 7
6. Argentina – 4
7. Belçika- 4
8. İtaliya – 4


Paylaş:


Müəllif : Tarix:
27-03-2019, 15:13
  


loading...
Загрузка...