reklam
Regionxeberleri.com » Hadisə » Mingəçevirdə Heydər Əliyev Mərkəzinin şüşəsi sındırıldı - FOTO

reklam

Mingəçevirdə Heydər Əliyev Mərkəzinin şüşəsi sındırıldı - FOTO


















Mingəçevirdə Heydər Əliyev Mərkəzinin şüşəsi sındırılıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Mingəçevir şəhəri ərazisində yerləşən inzibati binanın qapısındakı şüşənin daş atılaraq sındırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Mərkəzin əməkdaşı Emil Xanlarov hadisə ilə bağlı məlumat verərək qeyd etdi ki, günorta saatlarında əqli cəhətdən zəif bir nəfər H.Əliyev mərkəzini İcra hakimiyyəti bilib daş vuraraq iri pəncərəni qırıb:

”Mərkəzin mühafizə xidməti dərhal çölə çıxaraq həmin şəxsi zərərsizləşdirib və hadisə yerinə gələn polis əməkdaşlarına təhvil verib”.

 Mahir Məsimov bildirib ki, daxil olmuş məlumatla əlaqədar keçirilmiş tədbirlər nəticəsində həmin əməli törədən şəxsin şəhər sakini, Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda olan Elmin İsgəndərov olduğu müəyyən edilib və o, valideyninin də iştirakı ilə şöbəyə gətirilib.

Hazırda məsələ ilə əlaqədar araşdırma aparılır.





Paylaş:


Müəllif : Tarix:
21-01-2022, 21:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər