reklam
Regionxeberleri.com » Hadisə » Azərbaycanda RƏZALƏT: 40 tona yaxın viruslu bibər SATILDI

reklam

Azərbaycanda RƏZALƏT: 40 tona yaxın viruslu bibər SATILDI

















Azərbaycana gətirilən tonlarla bibərdə virus olduğu aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərə görə, ölkəmizə “Amotrade” MMC-nin idxal etdiyi 23890, “Best Supply Company” MMCnin idxal etdiyi 27807 və 11045, “Palen AS” MMC-nin idxal edilən 14392 kiloqram bibər məhsulundan götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib. Qeyd edək ki, nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahiblərinə xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə uyğun olaraq, ötən il dekabrın 17-də “Best Supply Company” MMC-yə məxsus 11045 kq bibər məhsulu partiyası məhv edilib. Ancaq yuxarıda qeyd olunan digər yük partiyalarının saxlandığı anbarlara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı yük partiyalarının qanunsuz olaraq satıldığı müəyyən edilib

Eyni zamanda “Amotrade” MMC tərəfindən idxal edilən bibər məhsuluna verilən fitosanitar sertifikatla bağlı ixaracatçı ölkəyə Agentlik tərəfindən göndərilən sorğuya cavab olaraq mal partiyasını müşayiət edən fitosanitar sertifikatın saxta olduğu bildirilib. Hazırda “Amotrade” MMC tərəfindən idxal edilən digər yük partiyaları ilə bağlı sertifikatların saxta olub-olmadığının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Aşkar olunmuş qanunsuz fəaliyyətlərlə bağlı hüquqi qiymətin verilməsi üçün “Amotrade” MMC”, “Best Supply Company”  MMC və “Palen AS” MMC-yə aid zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.




Paylaş:


Müəllif : Tarix:
14-01-2022, 17:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər