reklam
Regionxeberleri.com » Hadisə » Şadlıq sarayının sahibi həbs edildi

reklam

Şadlıq sarayının sahibi həbs edildi


















Lənkəranda karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində təşkil edilən şənlik mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. 

Belə ki, “Sultan” şadlıq sarayında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb. Həmin şadlıq sarayının sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
13-01-2022, 15:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər