reklam
Regionxeberleri.com » Hadisə » Aprel şəhidinin anası vəfat etdi

reklam

Aprel şəhidinin anası vəfat etdi
















Aprel döyüşləri şəhidi Mahmud İbrahimovun anası Gülnaz İbrahimova bu gün vəfat edib. 

Bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova məlumat verib. O qeyd edib ki, şəhid anası uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Mahmud Azər oğlu İbrahimov 1997-ci ilin 3 sentyabr tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər doğulduğu Mehdiabad qəsəbəsində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.




Paylaş:


Müəllif : Tarix:
4-12-2021, 12:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər