reklam
Regionxeberleri.com » Hadisə » Qohumunu kənddə amansızcasına öldürdü

reklam

Qohumunu kənddə amansızcasına öldürdü

















Noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini 23 yaşlı Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu, 31 yaşlı Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 




Paylaş:


Müəllif : Tarix:
24-11-2021, 11:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər