reklam
Regionxeberleri.com » Hadisə » Bakının bir rayonunda narkotik satan 48 nəfər tutuldu - Video

reklam

Bakının bir rayonunda narkotik satan 48 nəfər tutuldu - Video


Bakının bir rayonunda narkotik dövriyyəsinə görə 48 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonunun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 48 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

Belə ki, əməliyyat zamanı əvvəlcə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Radik Mamedov və Anar Cəbiyev saxlanılıblar. Radik Mamedovun üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqram 496 qram heroin, 99 qram tiryək və 19 qram metamfetamin, Anar Cəbiyevdən isə 110 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslər paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.





Paylaş:


Müəllif : Tarix:
22-10-2021, 17:24
Sikayət   


loading...
Загрузка...