reklam
Regionxeberleri.com » Hadisə » Zorla ərə verilən qız və sevgilisi intihar edib - Ataya cinayət işi başlanıb

reklam

Zorla ərə verilən qız və sevgilisi intihar edib - Ataya cinayət işi başlanıb



Yardımlı rayonunda 21 yaşlı qızını zorla başqasına ərə verdikdən sonra həm qızı, həm də qızının sevgilisi intihar edən Xanhüseyn Mirzəyevlə bağlı cinayət işi başlanılıb.

Məlumata görə, rayonun Köryədi kənd tam orta məktəbində müəllim işləyən X.Mirzəyev 1999-cu il təvəllüdlü qızı Bahar Mirzəzadəni zorla öz qohumu və həmkəndlisi Vüqar adlı şəxslə evlənməyə məcbur edib.

2020-ci il martın 8-də qızın toyu olub. Onun sevdiyi oğlan, Saatlı rayon sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərqulu oğlu Süleymanzadə buna dözməyərək özünü öldürüb. O, toydan 3 gün sonra, martın 11-də rayon mərkəzində yerləşən peşə liseyinin həyətindən özünü asmaqla həyatına son qoyub.

Bundan sonra sevgilisinin özünü öldürdüyünü eşidən Bahar da intihar edərək canına qıyıb.

İstintaq zamanı hər iki hadisə araşdırılarkən səbəb müəyyən edilib. Təsdiq olunub ki, gənclər X.Mirzəyevin qızını zorla ərə verməsi səbəbindən həyatlarına qıyıblar.

Buna görə B.Mirzəzadənin atası barəsində Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Xanhüseyn Mirzəyev “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi ilə təqsirləndirilib.

Yardımlı rayon məhkəməsinin qərarı ilə 2 nəfərin intiharına səbəb olan Xanhüseyn Mirzəyev 3 min manat cərimə olunub. Prokurorluq qərardan narazı qalaraq protest verib və cəzanın ağırlaşdırılmasını tələb edib.

Protestdə qeyd edilib ki, X.Mirzəyevin törətdiyi cinayət əməli ilə qızını həmkəndlisi Vüqarla nikaha daxil olmağa məcbur etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törədib.

Həmin maddədə maksimal cəza 2 il müddətə azadlıqdan məhrum etməkdir. Lakin yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Xanhüseyn Mirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisədə günahı olmayıb: “Mənim heç bir günahım yox idi, məhkəmənin qərarı ilə razıyam. Qızım Bahar o oğlanı (ərini) istəmədiyi üçün özünü öldürüb”.


Paylaş:


Müəllif : Tarix:
20-10-2021, 16:06
Sikayət   


loading...
Загрузка...