reklam
Regionxeberleri.com » Hadisə » Göbələkdən zəhərlənən uşaqlardan biri də öldü

reklam

Göbələkdən zəhərlənən uşaqlardan biri də öldü



Qax rayonunda göbələkdən zəhərlənən uşaqlardan digəri də vəfat edib.

Məlumata görə, 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu Klinik Tibbi Mərkəzin Tokiskologiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qohumu doqquz yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Daha sonra xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.


Paylaş:


Müəllif : Tarix:
20-10-2021, 09:35
Sikayət   


loading...
Загрузка...