reklam
Regionxeberleri.com » Hadisə » Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

reklam

Şəkidə 51 yaşlı kişi bıçaqlanıb



Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Səlahəddin İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Paylaş:


Müəllif : Tarix:
18-10-2021, 15:55
Sikayət   


loading...
Загрузка...