reklam
» » Şirvan sakinlərindən silah və nakotik aşkarlandı

reklam

Şirvan sakinlərindən silah və nakotik aşkarlandı



Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Şirinov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə iki büküm “patı” və “şüşə” adlanan psixotrop maddə metanfetamin, altı büküm heroin və bir ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
13-10-2021, 13:30
  


loading...
Загрузка...