reklam
» » Bakıda avtobus qəzasında 5 nəfər həlak olub - YENİLƏNİR

reklam

Bakıda avtobus qəzasında 5 nəfər həlak olub - YENİLƏNİR


Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Qəzada çox sayda ağır yaralılar var.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə ölən və yaralananlar var: “Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub”.

***

Bakıda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 21 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər 3 saylı Kliniki Şəhər Xəstəxanasına) çatdırılıb.

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur.


Paylaş:


Müəllif : Tarix:
13-10-2021, 09:27
  


loading...
Загрузка...