reklam
» » İtkin düşən 11 və 21 yaşlı Daşkəsən sakinlərinin Kəlbəcərdə meyitləri tapıldı

reklam

İtkin düşən 11 və 21 yaşlı Daşkəsən sakinlərinin Kəlbəcərdə meyitləri tapıldı


Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.
Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.


Paylaş:


Müəllif : Tarix:
24-09-2021, 20:35
  


loading...
Загрузка...