reklam
» » Şəkidə 55 yaşlı kişi itkin düşüb - FOTO

reklam

Şəkidə 55 yaşlı kişi itkin düşüb - FOTO



Şəki şəhər sakini, 1966-ci il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Tofiq Salamovun əlamətləri-boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.



Paylaş:


Müəllif : Tarix:
23-09-2021, 14:38
  


loading...
Загрузка...