reklam
» » Kürdəmirdə qardaş bacısını öldürdü

reklam

Kürdəmirdə qardaş bacısını öldürdü


Kürdəmir rayonunda qətl hadisəsi olub.
RegionXəbərləri.com "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini Şıxəliyev Xəyal Təbriz oğlu aralarında yaranan ailə münaqişəsi zəmnində bacısı, 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çoxsaylı bıçaq xəsarəti yetirib.
Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
D.Nəsirovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
15-09-2021, 18:26
  


loading...
Загрузка...