reklam
» » “Leş Tofiq”in qardaşı da həbs edildi - Video

reklam

“Leş Tofiq”in qardaşı da həbs edildi - Video



Aşağı Güzdək qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum edilmiş qəsəbə sakini Rasim Rzaxanov da saxlanılıb. Onun evinin həyətinə baxış zamanı 1 kiloqrama yaxın marixuana və 15 ədəd xüsusi qulluq edərək yetrişdirdiyi çətənə kolu aşkar edilib. Rasim Rzaxanov ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Qeyd edək ki, narkotik vasitələrin kultivasiyası, eləcə də qanunsuz dövriyyəsində şübhəli bilinən Rasim Rzaxanov ölmüş iri buynuzlu qidaya yararsız mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, həmçinin emalı ilə məşğul olduğu üçün bir neçə il bundan əvvəl saxlanılan mütəşəkkil dəstə başçısı Alıbəy Rzaxanovun (“Leş Tofiq”) qardaşıdır.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.




Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 16:39
  


loading...
Загрузка...