reklam
» » Ağsuda başlayan yanğın Şamaxı rayonuna keçib - FOTO + YENİLƏNİB

reklam

Ağsuda başlayan yanğın Şamaxı rayonuna keçib - FOTO + YENİLƏNİB


Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.

Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.


Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

RegionXəbərləri.com Report-a istinadən xəbər verir ki, ötən gün saat 10-30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.

Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.





Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 13:34
  


loading...
Загрузка...