reklam
» » Narkotiklə tutulan şəxsin oğurluq əməllərinin üstü açıldı

reklam

Narkotiklə tutulan şəxsin oğurluq əməllərinin üstü açıldı



Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklə tutulan şəxsin oğurluq əməllərinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

S.Kamranzadə barəsində Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 10:43
  


loading...
Загрузка...