reklam
» » BDU-da QANLI OLAY: Rektorun müşaviri və komendant bıçaqlandı-YENİLƏNİB

reklam

BDU-da QANLI OLAY: Rektorun müşaviri və komendant bıçaqlandı-YENİLƏNİB



Bakı Dövlət Universitetində (BDU) bu gün bıçaqlanan rektor müşaviri və komendantın vəziyyəti normaldır.

Bu barədə BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib.

O qeyd edib ki, hazırda onlar həkim nəzarəti altındadır.

Məlumatda qeyd olunub ki, bu gün saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

saat 14:45

Daxili İşlər Nazirliyi (DİN) BDU-da baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BDU əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

***

saat 14:27

Bakı Dövlət Universitetində bıçaqlanma olub.

Hadisə bu gün baş verib. BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və universitetin komendantı bıçaqlanıb. Hadisənin İsmixan adlı şəxs tərəfindən törədildiyi bildirilir. /unikal.org/


Paylaş:


Müəllif : Tarix:
27-07-2021, 17:08
  


loading...
Загрузка...