reklam
» » Cəbrayılda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb

reklam

Cəbrayılda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb



Cəbrayıl rayonunda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb.

Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşüb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
27-07-2021, 15:40
  


loading...
Загрузка...