reklam
» » Kürdəmirdə baş verən qəzada bir nəfər öldü Ucar sakini ağır yaralandı

reklam

Kürdəmirdə baş verən qəzada bir nəfər öldü Ucar sakini ağır yaralandı



Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Land Rower" markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin Bakı şəhər sakini 58 yaşlı Şükürov Elman Qüdrət oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin Ucar sakini polis serjantı 29 yaşlı Səfərəliyev Ələkbər Rafiq oğlu isə müxtəlif növ ağır bədən xəsarətləri ilə əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına daha sonra usə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.Qeyd edək ki, Ələkbər Səfərəliyev Ucar Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Ölən şəxsin meyidi isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. /Virtualaz.org


Paylaş:


Müəllif : Tarix:
25-07-2021, 14:29
  


loading...
Загрузка...