reklam
» » Nazir olacağını deyən baş həkimin məhkəməsi başladı - 280 minlik dələduzluq işi

reklam

Nazir olacağını deyən baş həkimin məhkəməsi başladı - 280 minlik dələduzluq işi



1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi olmuş Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan R.Osmayılovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ailəli olan R.İsmayılovun daha əvvəl məhkumluq həyatı yaşamadığı, ali təhsilli olması, azyaşlı övladının olduğu müəyyənləşib.

R.İsmayılovun vəkili məhkəməyə onun xasiyyətini xarakterizə edən xasiyyətnamə təqdim edib. Vəkil baş tibb bacısı işləyən Nüşabə Səlimovanın əlavə şahid qismində dindirilməsini istəyib.

Müdafiəçi həmçinin işdə adı keçən, zərərçəkmişdən alınan pulun verildiyi Vüsal Əliyevin də məhkəmədə şahid kimi dindirilməsini xahiş edib. Məhkəmə Nüşabə Səlimovanın şahid kimi dindirilməsi ilə bağlı vəsatəti təmin edib. Məhkəmə istintaqı zamanı zərurət yaranarsa, digər şəxslərin dindirilməsi məsələsinə baxıla bilər.

Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rəşad İsmayılovun həmin vəzifədə işləyərkən iş üçün ona müraciət etmiş şəxsə özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunduqdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşı bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 15:12
  


loading...
Загрузка...