reklam
» » Külli miqdarda bahalı siqareti ölkəyə gətirə bilmədilər

reklam

Külli miqdarda bahalı siqareti ölkəyə gətirə bilmədilər



İki fakt üzrə məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "İveco" və "Mercedes Benz" markalı yük nəqliyyat vasitələri saxlanılıb, sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Gömrük yoxlaması zamanı avtomobillərin gizli saxlanc yerlərində 1000 ədəd aksiz markası olmayan "Marlboro" markalı siqaret və 440 ədəd müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 14:54
  


loading...
Загрузка...