reklam
» » Ağdaş ŞOKDA: Qardaşını öldürüb, həmkəndlisini güllələdi

reklam

Ağdaş ŞOKDA: Qardaşını öldürüb, həmkəndlisini güllələdi



Daxili İşlər Nazirliyi Ağdaş sakininin qardaşını güllələyərək öldürməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdaş Rayon Polis Şöbəsinə iyunun 17-də saat 23 radələrində Abad kəndi ərazisində kənd sakini M.Aləşrəfovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qardaşı Qələndəri öldürməsi, həmkəndlisi C.Quliyevə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən M.Aləşrəfov saxlanılaraq istintaqa təhvil verilib Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Xəstəxanaya yerləşdirilən C.Quliyevin vəziyyəti qənaətbəxşdir.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
18-06-2021, 14:07
  


loading...
Загрузка...