reklam
» » 11-ci sinif məzunları qəzaya düşdü: 1 ölü, 7 yaralı- VİDEO - ADLAR

reklam

11-ci sinif məzunları qəzaya düşdü: 1 ölü, 7 yaralı- VİDEO - ADLAR



Daxili İşlər Nazirliyi məzunların qəzaya düşməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Iyunun 15-də saat 21 radələrində Qax rayonunun Ləkit kəndi ərazisində kənd sakini Cəfər Cəfərlinin idarə etdiyi “Daewoo” və Balakən rayon sakini İ.Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə C.Cəfərli hadisə yerində ölüb, 3 sərnişin, habelə digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

***

saat 01:16

Qaxda baş verən ağır yol qəzasında yaralananların şəxsiyyəti məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, «Daewoo» markalı minik avtomobilində olanlar Qax rayonu Ləkit kənd sakinləri bunlardl:

2004-cü il təvəllüdlü Arzu Allahverdi qızı Əliyeva,
2004-cü il təvəllüdlü Nabat Murad qızı Muradova,
2003-cü il təvəllüdlü Sərdar Mahmud oğlu Orucov.

Mikroavtobusda olan Balakən rayon sakinləri isə bunlardl:

1994-cü il təvəllüdlü Əliyə Babək qızı Əfəndiyeva,
1962-ci il təvəllüdlü Sevil Mahama qızı Musayeva,
1984-cü il təvəllüdlü İlkin Bayram oğlu Həsənov,
1973-cü il təvəllüdlü İdrət Kamal oğlu Həsənov.

Yaralıların vəziyyətlərinin ağır və orta-ağır olduqları bildirilir.



Paylaş:


Müəllif : Tarix:
16-06-2021, 15:41
  


loading...
Загрузка...