reklam
» » Daha 4 qazimiz sağalaraq Türkiyədən qayıtdı - Fotolar

reklam

Daha 4 qazimiz sağalaraq Türkiyədən qayıtdı - Fotolar



Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.

Onlar Məmmədzadə Arif Mahir oğlu, İbrahimov Kamran Ceyhun oğlu, Bayramov Rahul Mərdan oğlu, İslamov Vüsal İslam oğludur. Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.






Paylaş:


Müəllif : Tarix:
16-06-2021, 13:19
  


loading...
Загрузка...