reklam
» » İki ay öncə itkin düşüb

reklam

İki ay öncə itkin düşüb



Yevlax rayonunda iki ay öncə itkin düşən şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprelin 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R. Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub.

R.Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Paylaş:


Müəllif : Tarix:
14-06-2021, 12:47
  


loading...
Загрузка...