reklam
» » Kürdə iki yeniyetmə batıb

reklam

Kürdə iki yeniyetmə batıb


Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində batan yeniyetmələrin adları məlum olub.

2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğlu çayda çimərkən batıb.

Hazırda onların axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
13-06-2021, 19:57
  


loading...
Загрузка...