reklam
» » Bakıda icra məmuru döyüldü - YENİLƏNİB

reklam

Bakıda icra məmuru döyüldü - YENİLƏNİB



İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Binəqədi rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

-------

15:12

Bakıda məhkəmə icra məmuru döyülüb.

Regionxeberleri.com lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O qeyd edib ki, Binəqədi rayonu üzrə icra məmuru Faiq Əkbərov icra məmurunun səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb.


Paylaş:


Müəllif : Tarix:
10-06-2021, 19:11
  


loading...
Загрузка...