reklam
» » Ağac kəsən şəxs cəzalandırılıb

reklam

Ağac kəsən şəxs cəzalandırılıb



Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib".


Paylaş:


Müəllif : Tarix:
12-05-2021, 14:42
  


loading...
Загрузка...