reklam
» » Borca görə axtarışda olanlar aidiyyəti üzrə TƏHVİL VERİLDİ

reklam

Borca görə axtarışda olanlar aidiyyəti üzrə TƏHVİL VERİLDİ



Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


Paylaş:


Müəllif : Tarix:
17-04-2021, 13:15
  


loading...
Загрузка...