reklam
» » Paytaxtda yeniyetmələr arasında dava: Bıçaqlananlar var

reklam

Paytaxtda yeniyetmələr arasında dava: Bıçaqlananlar var


Bakının Nərimanov rayonunda 4 nəfər arasında dava düşüb.

Hadisə F.Yusubov küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Quliyev Ramiz Ramin oğlu və dostu 2004-cü il təvəllüdlü Xasıyev Firuz Zahid oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. R.Quliyev qarnının ön divarının kəsilmiş-deşilmiş yaraları ilə, F.Xasıyev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Paylaş:


Müəllif : Tarix:
13-04-2021, 23:51
  


loading...
Загрузка...