reklam
» » Damlanın oxuduğu toyda BU KİŞİ atəş açıb – HƏBS ETDİLƏR

reklam

Damlanın oxuduğu toyda BU KİŞİ atəş açıb – HƏBS ETDİLƏR



Sankt-Peterburq şəhərində azərbaycanlıların restoranda keçirdiyi toy mərasimə polislərin basqın etməsi ilə bağlı xəbər vermişdik.

Lent.az müğənni Damlanın da iştirak etdiyi məclisdə baş verən hadisə barədə bəzi təfərrüatları əldə edib.

Məlum olub ki, atəş açan şəxs tikinti şirkətinin rəhbəri, 34 yaşlı Şaiq Xürrəm oğlu Məmmədov olub. O, 8 dəfə atəş açıb. Polislər onun evində axtarış aparan zaman 2 ov tüfəngi (“Vepr”, “Banelli”) tapıb. Barəsində Sankt-Peterburq şəhəri, Krasnoselsk rayon məhkəməsində onun barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

Lent.az-ın əməkdaşı daha sonra "Zolotoy dvor" restoranı ilə əlaqə saxlayıb. Restorandan əməkdaşımıza bildirilib ki, hadisə Azərbaycan diasporunun liderlərindən birinin övladının toyunda baş verib. Atışma restoranda yox, yolda olub. Restorana Rusiya Qvardiyası və "OMON" əməkdaşları gəlib və bir neçə nəfər saxlanılıb, digər şəxslər sərbəst buraxılsa da, Ş.Məmmədov həbs edilib.



Paylaş:


Müəllif : Tarix:
12-04-2021, 19:02
  


loading...
Загрузка...