reklam
» » Yevlaxda ağır yol qəzası: 2 nəfər öldü, 3 nəfər yaralı var

reklam

Yevlaxda ağır yol qəzası: 2 nəfər öldü, 3 nəfər yaralı var

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır /APA


Paylaş:


Müəllif : Tarix:
28-02-2021, 22:08
  


loading...
Загрузка...