Bakı polisindən əməliyyat: Narkotacirlər ələ keçdi - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıb. Həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda - 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram psixotrop maddə olan metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman “preqabalin” və 0,144 qram “metadon” aşkar olunaraq götürülüb.
Faktla əlaqədar Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Elşən Kərimov barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Adıgözəlov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 qram narkotik vasitə olan metamfetamin, avtomobilindən isə 3 kiloqram marixuana və 2 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Saxlanılan Anar Adıgözəlov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Bülbülə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Teymur Cəfərov və Anar Əliyev saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 22 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman vasitələri qanunsuz dövriyyədən çıxarılıb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Müəllif : Fuad
Tarix:23-01-2021, 14:23
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-01-2021, 14:23
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:09
Dünən, 10:43
Dünən, 09:50
Dünən, 09:42
27-02-2021, 22:38
27-02-2021, 20:40
27-02-2021, 19:24
27-02-2021, 19:19
27-02-2021, 13:17
27-02-2021, 12:17
27-02-2021, 12:08
27-02-2021, 11:06
27-02-2021, 09:42
27-02-2021, 09:41

Ordumuzun əsgəri təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - FOTO (Yenilənib)

Avtoxuliqanlıq edib, sosial şəbəkədə görüntülərini paylaşan avtobus sürücüsü həbs edildi - FOTO/VİDEO

ABŞ PUTİNDƏN SONRAKI DÖVRÜ NECƏ PLANLAŞDIRMALIDIR? – “Putinin qorxusu şəxsi xarakter daşıyır”

"RAMİZ MEHDİYEVDƏN DÖVLƏTİMİZ HƏMİŞƏ XƏYANƏT GÖRÜB..." - "37-ci il repressiyasını başqa formada tətbiq edib"

"UŞAQLARIMIZI GİZLİNCƏ QARABAĞA APARIRLAR..." - Ermənistandan sensasiyalı VİDEOREPORTAJ

"ERMƏNİSTAN GİZLİ ŞƏKİLDƏ HƏRBİÇİLƏRİNİ ƏRAZİMİZƏ YERLƏŞDİRİR!" - Azərbaycan XİN-dən sensasiyalı bəyanat

"SABAH RAMİZ MEHDİYEV HANSI PROSESLƏRƏ START VERƏCƏK?..." - "Nəcməddin Sadıkovun haradan hansı qiyafədə peyda olub..."

“QARABAĞDA RAZILAŞMA POZULUR VƏ GÖRÜNÜR Kİ...” – “Silahlı qruplaşmalar tərksilah olunmalı...”

NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...

Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...

Azərbaycanda nə qədər elektrik enerjisi istehsal olunub? – Nazirlik və Komitə fərqli rəqəmlər deyir...

ŞİRKƏT FIRILDAQÇI ÇIXIB, MİDA MƏSULİYYƏTDƏN BOYUN QAÇIRIR - Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir

Alqış Musayevdən Ramiz Mehdiyev haqda ŞOK açıqlamalar - “O adamdan dövlətimiz həmişə pislik, xəyanət görüb”