reklam
» » Koronavirusa yoluxan Dağıstan rəhbəri Moskvada xəstəxanaya yerləşdirildi

reklam

Koronavirusa yoluxan Dağıstan rəhbəri Moskvada xəstəxanaya yerləşdirildi


Koronavirusa yoluxan Dağıstan rəhbəri vəzifəsini icra edən Sergey Melikov müalicəsini davam etdirmək üçün Moskvada xəstəxanaya köçürülüb.

Bu barədə “Kavkazskiy Uzel” Dağıstan rəhbərinin Mətbuat Xidmətinə istinadla xəbər yayıb.

Bildirilir ki, respublika başçısı xəstəliyinə baxmayaraq, işini distant vəziyyətdə davam edəcək.

“Melikov həmkarları ilə davamlı ünsiyyətdədir, sənədləri araşdırır, vacib qərarları qəbul edir, zəruri məsələləri nəzarətdə saxlayır. Onun vəziyyəti qənaətbəxşdir”, - deyə məlumatda vurğulanıb.


Paylaş:


Müəllif : Tarix:
4-12-2020, 14:51
  


loading...
Загрузка...